Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün – iyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçirilib.
Etikxeber.az xəbər verir ki, konsertdən əvvəl ansamblın yaranma tarixi haqqında videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, ansambl 1996-cı ildə professor, sənətşünas alim Məcnun Kərim tərəfindən yaradılıb.
Qədim Musiqi Alətləri Ansamblı ölkəmizi dünyanın bir çox şəhərlərində uğurla təmsil edib.
Konsertdə ansamblın solistləri – tanınmış və sevilən sənətçilər- Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova xalq və bəstəkar mahnıları, şərq musiqiləri ifa ediblər.
Xatırladaq ki, konsertin bədii rəhbəri Xalq artisti Munis Şərifovdur.
Rəngarəng keçən konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu, həm də N. Huseynovanın son bir ayda ikinci möhtəşəm konsertidir.
Belə ki, iyun ayında xanım sənətçi Heydər Əliyev Sarayında “Eşq bir sirrdir” adlı solo konsert vermiş və bu sənət gecəsi, konsert proqramı böyük coşqu ilə qarşılanmışdı.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az