“O, heç Qaçqınlar Cəmiyyətinin üzvü deyil…”-ƏZİZ ƏLƏKBƏRLİDƏN QAFAR ÇAXMAQLIYA ETİRAZ

Millət vəkili, Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərlidən “Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın üzvlərinə və rəhbəri Qafar Çaxmaqlıya etiraz gəlib.

Etikxeber.az xəbər verir ki, millət vəkili öz sosial şəbəkə hesabında “Qərbi Azərbaycan (İrəvan) Respublikası”nın yaradılması üçün formalaşdırılan İdarə Heyətində adı yer alan Cəmşid Dərələyəzlinin Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edilməsini düzgün saymayıb.

Qafar “Hökuməti” Cəmşid Dərələyəzlini Qaçqınlar Cəmiyyətinin sədr müavini kimi təqdim edib. O şəxs Cəmiyyətin heç üzvü də deyil“-deyə, o, qeyd edib.

Həmçinin, qeyd edib ki, “Azərbaycan Qaçqınlar Cəmiyyəti sabah bu fırıldaqla bağlı bəyanat verəcək”.

Etikxeber.az

Read Previous

“Qərbi Azərbaycan”ın perspektivini gələcək proseslər göstərəcək…”-AYDIN MİRZƏZADƏ

Read Next

Kənd təsərrüfatında əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı əsaslı dəyişiklik nə vəd edir?-EKSPERT YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir