O zaman nədən düşmən olaraq addımbaşı xristianı, yəhudini və ya buddisti göstəririk? – DEPUTAT

Araşdırmalara görə, İslam təəssübü ilə yaradılmış radikal dinçilərin Əl-Kaidə, İŞİD, Taliban, Hizbullah, əş-Şahab, Boko-Haram kimi qruplaşmalar törətdiyi terror aktlarının yalnız 2 faizini xristian, buddist ölkələrində və İsraildə gerçəkləşdirilmiş, 98 faizi isə birbaşa İslam ölkələrində icra etmişlər.

Demək ki, yəhudilərin, xristianların və buddistlərin öldürdüyü müsəlman sayı təqribən bu nisbətdə düşünülə bilər.

Hətta faizlə söyləmək mümkün olmasa belə, müsəlmanların öldürdüyü müsəlmanların sayı yəhudilərin, buddustlərin və xristianların öldürdüyü saydan qat-qat çoxdur.

O zaman nədən düşmən olaraq addımbaşı xristianı, yəhudini və ya buddisti göstəririk?

Çox uzağa getməyək, elə biz azərbaycanlıların da yaralı yeri bəlkə də budur.

Rusiyada qətlə yetirilən azərbaycanlıların əksəriyyətini bu və ya digər səbəəbdən öz azərbaycnlımız öldürür, ancaq düşmən axtaranda baxışlarımız rusun, erməninin üzərinə dikilir.

1978-in İranına, Səddam dövrü və sonrakı İraqa, Bəşər Əsadın Suriyasına, Qəddafi sonrası Liviyaya, Pakistana, Əfqanıstana, Nigeriyaya baxın, məsciddə namaz qılarkən terror törədən müsəlmanlardırsa, o zaman kənarda düşmən axtarmaq yerinə, müsəlmanın içindəki qatıllik virusunu zərərsizləşdirmək barədə düşünmək daha doğru olmazdımı?

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Fuad Muradovu Ülvi Quliyev əvəzləyəcək – BU GÜN

Read Next

YAP hökuməti hərəkətə keçməyə çağırdı – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir