“Onlar ağır və stresli şəraitdə, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olaraq, şərəfli peşələrini icra edirlər…”-ŞAHİN SEYİDZADƏ

Sağlamlıq uğrunda atılan addımlarda və geridə qalan son 3 aya baxanda bütün dünyada gedən “döyüş”lərin əsas və “görünməyən qəhrəmanlar”ın tibb işçiləri olduğunu görürük. Bu gün peşə bayramı olan Azərbaycan Respublikasının tibb işçiləri də dünyamız pandemiya ilə üzləşən zaman “ön cəbhə”yə, vətəndaşlarımınızın sağlamlığı üçün döyüşə keçdi. Hər zaman öz peşə məsuliyyətinə və Hippokrat andına sadiq qalaraq fəaliyyət göstərən həkimlərimiz, COVİD 19 pandemiyası dövründə öz həyatlarını riskə ataraq düşünmədən mübarizəyə atılıb və bu mübarizə hələ də davam edir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Şahin Seyidzadə qeyd edib.

“Həkimlərimiz, tibb bacılarımız və ümumilikdə bütün tibbi personalın böyük bir hissəsi öz ailəsi, övladları və doğmaları ilə artıq aylardır ki, görüşə bilmir. Ağır və stresli şəraitdə, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olaraq, şərəfli peşələrini icra edirlər”-deyən millət vəkili bildirib ki, onların bu fədakarlığı bu gün ağır nəticələrlə qarşılaşmamağımızın səbəbidir.

“Öz növbəmdə bütün tibb işçilərimizi peşə bayramı münasibəti ilə təbrik edir, onlara bu vəzifədə möhkəm iradə, cansağlığı və güc arzulayıram. Həkimlik şərəfli və çox nəcib bir peşədir. İnsanların sağlamlığını qorumaq, onlara xidmət göstərərək ömür bəxş etmək, yaşatmaq müqəddəs bir vəzifədir. Əvəzsiz fəaliyyətinizə görə minnətdaram!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili seçiciləri ilə növbəti onlyan-QƏBUL KEÇİRDİ, ONLARI NARAHAT EDƏN MƏSƏLƏLƏRİ DİNLƏDİ VƏ…- FOTOLAR

Read Next

“Xudadat bəy Rəfibəyli, Xosrov bəy Sultanov, Nəriman Nərimanov, Tağı Şahbazi, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Vəli Axundov, Zərifə xanım Əliyeva, indi də Mehriban xanım…”-MUSA QULİYEVDƏN TƏBRİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir