Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xaricə yaşayan “mühacirlərin” başlıca “vəzifəsi” ara qarışdırmaq, insanları çaşdırmaqdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Rzayev deyib.
O, qeyd edib ki, həmin “mühacirlərin” Azərbaycan siyasətinə təsir imkanları olmasa da, bəzi adamlarda mənfi təsəvvürlər yarada bilir, şantajı genişləndirirlər.
“Əlbəttə ki, vətənimizi sevən hər bir kəs belələrinə qarşı barışmaz mövqedə olmalıdır. Hər bir kəs bu məsələdə vətəndaş, vətəndaşlıq mövqeyindən çıxış etməlidir. Heç kim yaxasını kənarda çəkib dayanmamalıdır.
Burada iqtidat-müxalifət söhbəti olmamalıdır, hamı bir mövqedən çıxış etməli, antiAzərbaycan dairələrin və onların təsiri altına düşən, onların əlində alətə çevrilən, Azərbaycana düşmənçilik mövqeyi sərgiləyən belə insanların, qüvvələrin layiqli cavablarını verməlidir…”– deyə, millət vəkili qeyd edib.
Millət vəkili eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyaların iştirakı ilə keçirilən Dəyirmi masada bu məsələnin geniş müzakirə edildiyini, bəzi məqamlar istisna olunmaqla, hamının eyni mövqedən çıxış etdiyini və bunun çox müsbət addım olduğunu sözlərinə əlavə edib.
Etikxeber.az