“Özləri-özlərinin faciəli sonluğunu gətiriblər və gətirirlər…”-DEPUTAT YAZDI

Başabəla erməni siyasətçiləri, bir-birilərini əvəzləyən Ermənistan iqtidarları illərdir dövlətlərini də, xalqlarını da bəlaya sala-sala gəlirlər.

Çünki xəstə düşüncəli siyasətçilərdən və iqtidar nümayəndələrindən bəlalardan başqa heç nə gözləmək olmaz.

Onlar həm öz xalqları və dövlətləri üçün, həm ətraflarındakı, qonuşuluqlarında dövlətlər və xalqlar üçün, həm də bütün dünya, bəşəriyyət üçün bir bəla, təhlükədirlər.

Bunu illərdir erməni şovinizminin nəticəsi olaraq, üzləşdiyimiz işğal və təcavüz faktından, bütövlükdə insanlıq əleyhinə yönəlmiş vandalimz hərəkətələrindən, cinayətkarlıqlarından da görürük, bilirik. Bunu bizdən yaxşı bilən, anlayan kimsə olmaz.

Bəli, məhz həmin başabəla, bədnam, avantürist siyasətçilərin, Ermənistanın rəhbərliyinin yanlış, yarıtmaz siyasəti üzündən Ermənistan və ermənilər növbəti və daha qorxulu bəla üz-üzədir və aciz durumdadır. Belə ki, Ermənistanda koronavirusa yoluxanların sayı Azərbaycan və Gürcüstanın birgə sayından daha çoxdur.

Hazırda dünya üzrə koronavirus (COVİD-19) pandemiyasının təsir etmədiyi bir ölkə belə qalmayıb. Dünya dövlətləri onunla mübarizə aparmaqda böyük çətinliklərlə qarşılaşır. İnkişaf etmiş ölkələrin demək olar hamısı artıq etiraf edir ki, pandemiya ilə mübarizə onların milli iqtisadiyyatlarını iflic vəziyyətinə salıb. Maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran nəinki 2008-2009-cu illərin böhranından daha da ağır olacaq, hətta onun mənfi nəticələri 2-ci dünya müharibəsi ilə müqayisə oluna biləcəkdir. Bu baxımdan qonşumuz olan Ermənistan dövlətinin hazırda düşdüyü sosial-iqtisadi vəziyyət özünün bədbin statistikası ilə diqqəti cəlb edir.

Rəqəmlərə müraciət edək. Azərbaycan əhalisi artıq 10 milyondan artıq saydadır, Ermənistan əhalisi təxminən 2.9 milyon nəfərdir. Azərbaycanda koronavirusa yoluxmanın ümumi sayı 10 mindən bir az artıq olduğu halda, Ermənistanda isə 18 mindən çoxdur. Bu ümumilikdə Azərbaycan və Gürcüstandakı yoluxma sayından daha artıqdır. Azərbaycanda aparılmış ümumi test sayı 400.000-ə yaxınlaşır. Ermənistanda indiyədək cəmi 87.000-dək test aparılıb. Son günlərdə yoluxmaların sayına görə Ermənistan yenə də üst sıralarda yer alır, ekspertlər gündəlik yoluxmaların sayının 500-700 nəfər olduğunu bildirirlər. Pandemiyaya qarşı Azərbaycan dövləti 3.5 milyard manat məbləğində büdcə ayırdığı zaman Ermənistan dövləti cəmi 300 milyon dollar həcmində vəsait xərcləmək imkanına malik olduğunu bildirib.

Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı qonşu dövlətdən dəfələrlə çoxdur. Bu rəqəm özünü ambulatoriya-poliklinika müəssisələrinin, infeksion xəstələr üçün çarpayıların, həkim və tibbi işçilərinin sayında özünü biruzə verir. Ancaq sərsəmliyi və bədnamlığı ad çıxarmış Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa qarşı “koronavirus kimin itidir?,” “maska taxmağa ehtiyac yoxdur,” kimi məsuliyyətsiz ifadələr işlətdiyi vaxtlardan çox keçməmiş, bu günlərdə “ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var”, “səhiyyə sistemi bunun öhdəsində gələ bilməyəcək, ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq”, “dövlətin sosial-iqtisadi problemləri həll emək imkanları azdır” kimi bədbin proqnozlar verir.

Bu isə ölkədə onsuz da gərgin olan siyası vəziyyətin daha da kəskinləşməsinə səbəb olub. Ermənistanın müxalif partiyaları, KİV, ayrı-ayrı ekspert qrupları artıq Baş nazir Nikol Paşinyanı hədəf olaraq seçib və ölkənin düşdüyü sosial-iqtisadi vəziyyətin məsuliyyətini birbaşa olaraq onda görür, dövlət mexanizmində kollektiv qərar ala bilmək qabiliyyətinin olmamasında onu günahlandırırlar.

Belə olduğu halda ekspertlər yaxın gələcəkdə Paşinyanın siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcəyini proqnoz verirlər. Belə vəziyyətdə Ermənistan hökumətində mərkəzdənqaçma meyllərinin güclənəcəyi qaçılmaz olacaqdır.

Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan 14 günlük karantinin Ermənistan iqtisadiyyatına 700 milyon dollara başa gələcəyini, belə halda iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacağını proqnozlaşdırır.

“Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiyə qatlanacaq-yəni, 1milyard 400 milyon dollar olacaq”-deyə Yeqizaryan bildirib.

Bəli, mənzərə göz önündədir. Bu mənzərinin yaranmasında da başlıca səbəbkar və günahkar məhz erməni siyasətçiləri, Erməistan hakimiyyətində təmsil olunanlar, bədnam Paşinyan hökümətinin üzvləridir. Onlar xalqlarının və ondan-bundan asılı olan, pul, yardım dilənən, müstəqillikdən əsər-əlamət olmayan “dövlətləri”nin problemlərini həll etməkdənsə, uçurumdan çıxarmaqdansa, sağa-sola, bütün qonşu dövlətlərə, başda da Azərbaycan və Türkiyə olmaqla, təhdidlər sovururlar, fintəkarlıqlar, təxribatlar törədirlər.

Amma bunlar da artıq nəticə, fayda vermir. Bunları artıq ciddiyə alan, əhəmiyyət verən də yoxdur…

Beləliklə, özləri-özlərinin faciəli sonluğunu gətirirlər və gətiriblər…

Onları özləri də daxil olmaqla, bir xalq və “dövlət” olaraq yaxşı heç nə gözləmir və gözləməyəcək!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ən böyük təhlükə isə bizim bəzi ziyalıların, hətta bəzi həkimlərin koronavirus infeksiyasının mövcudluğunu şübhə altına almasıdır”-MM-İN SƏHİYYƏ KOMİTƏSİNİN SƏDRİ

Read Next

Prezidentlər Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyəti-MÜZAKİRƏ ETDİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir