“Özümü bu məsuliyyəti şərəflə daşımağa hazır hesab edirəm” – VÜQAR BAYRAMOV – FOTOLAR

Yanvarın 28-də seçicilərlə görüşlərim Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu-2 və Qarabağ kəndlərindən başladı.

Etikxeber.az xəbər verir ki, bunu Füzuli rayonundan deputatlığa namizəd, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

“300-ə yaxın seçicini öz tərcümeyi-halım və fəaliyyətim barədə məlumatlandıraraq əmin etdim ki, deputat seçiləcəyim təqdirdə belə görüşləri mütəmadi keçirəcək, onları dinləyəcəyəm, fəaliyyətimi seçiciləri maraqlandıran məsələlər üzərində quracağam. Siz seçdiyiniz deputata təkcə səlahiyyət vermirsiniz, həm də onun məsuliyyətini artırırsınız.

Mən deputatlığa səlahiyyət kimi yox, məsuliyyət kimi baxıram. Özümü bu məsuliyyəti şərəflə daşımağa hazır hesab edirəm. Əməlimlə, işimlə, həmyerlilərimin yanında olmaqla verdiyim sözün üstündə duracağam”-deyə, V. Bayramov qeyd edib.

Etikxeber.az

Read Previous

Qənirə Paşayevanın-ABULBƏLYİ “QƏLƏBƏLİYİ” – FOTOLAR

Read Next

3 rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək – BŞTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir