Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avqustun 24-də Məkkədə naməlum şəxs özünü Məsçidülhəramın damından ataraq intihar edib.
Etikxeber.az xəbər verir ki, bu barədə Məkkədəki Müqəddəs Məscidin təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, intihar edən şəxs məscidin damından özünü ataraq Kəbənin ətrafında təvaf edən çoxlu sayda zəvvarın olduğu yerə düşüb.
O, yerindəcə ölüb.
İki zəvvar xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hazırda onların vəziyyəti sabitdir.
Şəhərin hüquq-mühafizə orqanları intihar edən şəxsin kimliyini, hansı ölkədən gəldiyini və hadisənin təfərrüatını araşdırır.
Etikxeber.az