Palata: 25 sığortaçı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb

Cari ilin 9 ayı ərzində Azərbaycanın 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Etikxeber.az-a bildiriblər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya 15,1 faiz çoxdur. Bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 31 faiz artıqdır.

Könüllü və icbari sığorta növləri üzrə də müsbət dinamika müşahidə olunub. Bu müddətdə könüllü sığorta növləri üzrə haqlar 18,7 faiz, ödənişlər isə 32,2 faiz artaraq müvafiq olaraq 250,8 və 125,4 milyon manat təşkil edib. İcbari sığorta növləri üzrə haqlar 9 faiz, ödənişlər isə 27,7 faiz artaraq müvafiq olaraq 140 və 41,5 milyon manata çatıb. Hesabat dövrü ərzində toplanmış sığorta haqlarının 29,7 faizi və ya 116 milyon manatı həyat sığortasının payına düşüb. Belə ki, könüllü sığorta növü üzrə həyat sığortası bazarında yığım 42,4 faiz, ödəniş isə 1,9 dəfə artıb. Həyat sığortasındakı yığımların 52,7 faizi və ya 61 milyon manatı həyatın yaşam sığortasının, 24 faizi və ya 27,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 23,1 faizi və ya 26,9 milyon manatı həyatın ölüm halından sığortasının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası 1,2 dəfə, həyatın ölüm halından sığortası 2,7 dəfə artıb.

Könüllü sığorta növü üzrə qeyri-həyat sığortası bazarında yığım 8,9 faiz, ödənişlərin həcmi isə 1 faiz artıb. İcbari sığorta növü üzrə bu göstəricilər müvafiq olaraq 10,8 faiz və 26,1 faiz artıb.

Əmək qabiliyyətinin sığortası, sağalmaz xəstəliklərdən sığorta, dəmiryol nəqliyyatı vasitələrinin sığortası, hava və su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası, həmçinin peşə məsuliyyətinin sığortası növləri üzrə yığımlar olsa da, sığorta hadisəsi baş verməyib və sığorta ödənişləri edilməyib.

Doqquz ayda ümumi ödənişin 75,1 faizi könüllü sığorta növlərinin, 24,9 faizi isə icbari sığorta növlərinin payına düşüb.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil edib.

Etikxeber.az

Read Previous

“Oazis” simli kvarteti konsert proqramı ilə çıxış edib

Read Next

Əli Həsənov : “Əsas təhlükəsizlik problemimiz Qarabağ münaqişəsidir…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0