Paytaxtın əsas küçə və prospektlərində gücləndirilmiş dezinfeksiya-İŞLƏRİ APARILR – FOTOLAR

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə tədbirlər davam edir.

Etikxeber.az xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən mayın 16-da səhər saatlarından başlayaraq paytaxtdakı 300-dən çox əsas küçə və prospektdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilməyə başlanıb.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılır.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verir, nazirliyin xüsusi təyinatlı avtonəqliyyat vasitələri dezinfeksiya tədbirlərində fəal iştirak edirlər.

Paytaxtın kommunal xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərində də tibbi-profilaktiki işlər görürlər.

Etikxeber.az

Read Previous

“Hakim partiya olduğumuza görə, kimlərsə karyerizmi əsas götürərək, əsl mahiyyətlərini gizlədərək YAP-a daxil olurlar və…”-YAP SİYASİ ŞURASININ ÜZVÜ

Read Next

Dövlət büdcəsinin gəlirləri və xərcləri-AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir