“Polisin də gücü çatmır: Bu məqamda əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə aparılmalıdır”-NAQİF HƏMZƏYEV

Millət vəkili Naqif  Həmzəyev son günlər koronavirusa yoluxmaların sayının artmasına bankların, bankomatların qarşısında insanların sıx yığılmasının səbəb olmasını vurğulayıb.

Etikxeber.az-ın xəbərinə görə, deputat bildirib ki, insanlar öz təqaüdlərini, pensiyalarını almaq üçün bankomatların qarşısına yığılırlar:

“ Burada çoxsaylı növbələr görürük. Vətəndaşlar çalışırlar ki, pensiyalarını, təqaüdlərini alsınlar. Polisin də gücü çatmır. Bu məqamda çalışmaq lazımdır ki, əhali arasında nağdsız ödənişlərlə bağlı maarifləndirmə aparılmalıdır”.

Deputat həmçinin universitetlərimizin distant təhsilə bu dövrdə hazır olmadığını diqqətə çatdırıb:

“Pandemiya dövründə bizim universitetlər distant təhsil sistemini qura bilməyiblər Bu baxımdan, tələbələrin də qiymətləndirilməsi də mümkün olmadı. Biz bu müddətdə çalışmalıyıq ki, distant təhsil sistemini quraq və qanunvericiliyə də dəyişikliklər edək. Gələcəkdə bu problemlərlə qarşılaşarıqsa, bu cür problemlər bir daha yaşanmasın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Operativ Qərargahla məsləhətləşərək, İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər etməliyik”-MUSA QULİYEV

Read Next

“Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir