Prezident Ağstafada və Tovuzda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (11)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak etdi.

Etikxeber.az xəbər verir ki, kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev komplekslə tanış oldu.

Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşdü.

***

***

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında da iştirak etdi.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

***

Ağstafa rayonuna səfəri çərçivəsində İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak etdi.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

***

 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verildi.

İlham Əliyev açılışda iştirak etdi.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına yarımstansiya haqqında məlumat verdi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak etdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev həmçinin, martın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış oldu.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

***

İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak etdi.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev muzeylə tanış oldu.

***

Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışı oldu.

İlham Əliyev açılışda iştirak etdi.

Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verildi.

***

İlham Əliyev sonra Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak etdi.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat verdilər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.

Sonra dövləti başçısı ASAN könüllüləri ilə görüşdü.

Prezident İlham Əliyev görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

 İlham Əliyev eyni zamanda, Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasiminə qatıldı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

***

Xəbər verildiyi kimi, Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Bildirdi ki, bu hərbi hissənin tikintisinə 2017-ci ilin noyabr ayında başlanıb və 2019-cu ilin sentyabrında inşaat işləri başa çatdırılıb. Ümumi sahəsi 10 hektar olan hərbi hissənin ərazisində bütün zəruri sosial infrastruktur yaradılıb. Hərbi hissənin idarə heyəti üçün burada qərargah binası – ideoloji otaq, brifinq, akt zalları və digər xidməti iş otaqları var.

Hərbi hissədə Prezident, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri, Baş qərargah rəisi və birlik komandirinin iştirakı ilə operativ müşavirə keçirildi.

Qeyd edək ki, yeni hərbi hissənin ərazisində yataqxana binaları, stomatoloq, fizioterapiya, funksional diaqnostika bölmələrinin olduğu tibb məntəqəsi var. Burada döyüş hazırlığı qabiliyyətini təkmilləşdirmək məqsədilə daxilində döyüş hazırlığı üçün təlim meydançaları olan qarovul şəhərciyi də inşa edilib. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görülüb.

Bu hərbi hissədə yaradılan şərait bir daha sübut edir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır. Ordumuzun son dövrlərdə qazandığı qələbələr aydın şəkildə göstərir ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Yenilməz və güclü Ordumuzda xidmətləri ilə fəxr edən Azərbaycan əsgəri vətənpərvərdir, mübarizdir, qorxmazdır, cəsarətlidir, yüksək hazırlıqlıdır. Azərbaycan əsgəri Vətəninə, xalqına, dövlətinə, Ali Baş Komandanına həmişə sadiqdir. Hərbi qulluqçular üçün bu cür müasir şəraitin yaradılması Azərbaycan dövlətinin əsgər və zabitlərə diqqətini aydın şəkildə göstərir. Bu cür hərbi hissələrin yaradılması xidməti yüksək səviyyədə aparmağa və hərbin sirlərinə daha dərindən yiyələnməyə geniş imkanlar açır.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyevə ən müasir yeni hərbi texnikalar təqdim olundu.

Bildirildi ki, tank əleyhinə idarə olunan raket kompleksi “SPİKE-ER” qurğusu döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşdırılan, 400 metrdən 8000 metrə qədər gündüz, gecə və məhdud görmə şəraitində düşmən tanklarını, piyadaların döyüş maşınlarını və zirehli texnikalarını məhv etmək üçün təyin olunmuş raketburaxıcı sistemdir. 122 millimetrlik “HAUBİTSA 2A18 D-30”, 122 millimetrlik “ÖAQ 2S1” və 122 millimetrlik “YARS BM-21 V” qurğuları düşmənin açıq və qapalı yerlərdə yerləşən canlı qüvvəsini, atəş vasitələrini, uzunmüddətli örtülü açıq tipli müdafiə qurğularını məhv etmək, minalanmış sahələrdən keçid açmaq, düşmənin artilleriyasını və tank bölmələrini atəşə tutmaq üçün təyin olunub. “RM-70 döyüş maşını m-21OФ” qəlpələnən-fuqas mərmisi ilə atış apararkən toplanma rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq tapşırıqlarını yerinə yetirir.

Özüyeriyən top, haubitsa qurğusu 152 millimetrlik “DANA M1M” avtomatik doldurmaya malik olan yeni artilleriya qurğusu olub, düşmənin artilleriya qurğularını, atəş vasitələrini, komanda və idarəetmə məntəqələrini, istehkam qurğularını, tank və zirehli texnikalarını məhv etmək üçün təyin olunub. 306 millimetrlik “Ekstra” taktiki raket sistemidir. İqlim şəraitindən asılı olmayaraq, 30-150 kilometr məsafəyə raket buraxmaqla cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə raket bölmələrini, ordu komanda məntəqələrini, mövqelərdə hava raket hücumundan müdafiə bölmələrini məhv etmək üçün təyin olunub.

Əməliyyat-taktiki raket kompleksləri “POLONEZ” və “LORA” düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq, dənizsahili istiqamətlərdə isə bundan əlavə, düşmən donanmasının yerləşmə məntəqələrini dağıtmaq və onun döyüş gəmilərini məhv etmək üçün təyin olunub. “MKAP-19” səhra komanda və idarəetmə məntəqələrinin daxilində və bir-biriləri arasında, həmçinin stasionar idarəetmə məntəqələri ilə İP texnologiyaları əsasında səs, data və video məlumat mübadiləsini təmin edən kompleksdir.

Dövlət başçısına hərəkətli mobil kommunikasiya avadanlıqları barədə də məlumat verildi.

Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqlarla təchizatı və təminatı davam edir.

Ali Baş Komandan qoşunların strateji və əməliyyat idarəetmə orqanlarının istifadəsinə yeni verilmiş informasiya və kommunikasiya texnologiyaları ilə tanış olaraq operativ, gizli və yüksək səviyyəli qorunan idarəetmə sistemli videobağlantıda iştirak edib.

Ali Baş Komandan mərkəzi, ehtiyat, səhra şəraitində yaradılmış Ön, Hərbi Hava, Hərbi Dəniz və Xüsusi Təyinatlı Qüvvələrin, eləcə də digər qoşun növlərinin idarəetmə məntəqələri ilə birbaşa əlaqə saxlayaraq məruzələri qəbul edib və irimiqyaslı komanda-qərargah təlimlərində iştirak edən qoşunlara müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, ölkəmizdə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Məqsədyönlü tədbirlər nəticəsində bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin edilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb.

Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən istifadə edilib. Son illərdə ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində də əməli tədbirlər görülüb.

Dövlət başçısının təşəbbüsü ilə 2005-ci ildən fəaliyyət göstərən Müdafiə Sənayesi Nazirliyinin yenidən qurulan müəssisələrində istehsal olunan silah və texnika hazırda ordumuzun maddi-texniki təchizatında aparıcı rol oynayır.

***

Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov bildirdi ki, bu hərbi hissənin inşasına 2018-ci ilin iyun ayında başlanılıb. Ötən il isə tikinti işləri başa çatdırılıb. Hərbi hissənin ümumi ərazisi 5 hektardır. Burada əsgər yataqxanası, qərargah-kazarma binası, 150 yerlik yeməkxana inşa olunub.

Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir.

Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi silah-sursat və texnikasına baxdı.

Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ümumiyyətlə, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir. Ölkəmizə qarşı elan olunmamış müharibənin ilk günlərindən Daxili Qoşunlar cəbhə xəttində şərəfli döyüş yolu keçib, bu yolda yüzlərlə şəhid verib.

Qüdrətli Azərbaycan Ordusu ilə yanaşı, Daxili Qoşunların şəxsi heyəti də öz üzərinə düşən xidməti vəzifələri ilə bərabər, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası üçün Ali Baş Komandanın verəcəyi əmrin icrasına hər an hazırdır və döyüş hazırlığını hər zaman yüksək səviyyədə saxlayır.

Etikxeber.az

Read Previous

“Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün…” – İLHAM ƏLİYEVDƏN İRAD – FOTO-VİDEO

Read Next

Parlament Nazirlər Kabinetinin yeni tərkibini-TƏSDİQLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir