Qələbə münasibətilə Azərbaycan paytaxtında-ATƏŞFƏŞANLIQ OLDU – FOTOLAR

Vətən müharibəsində qazanılmış tarixi Zəfər münasibətilə dekabrın 10-u axşamı Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub.

Etikxeber.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş atəşfəşanlıq paytaxt səmasını al-əlvan rənglərlə işıqlandırıb.

Qeyd edək ki, bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri möhtəşəm paradda Azərbaycan hərbçilərinin və Türk əsgərlərinin keçidi olub.

Həmçinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı, sadəcə, şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək”-ÇAVUŞOĞLU

Read Next

“Türkiyənin Qarabağda atəşkəsə Nəzarət Mərkəzində iştirakı böyük önəm kəsb edir…”-FATMA YILDIRIM – MİLLƏT VƏKİLİ “ZƏFƏR PARADI” BARƏDƏ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir