Qənirə Paşayeva müəllif hüquqları ilə bağlı MM-də dinləmənin keçirilməsini-TƏKLİF ETDİ

Bizə bir sıra mədəniyyət adamlarının, ziyalıların müraciətləri olur. Həmin müraciətlərdə müəllif hüquqlarının daha yaxşı qorunması mexanizmlərinin güclənməsi sahəsində təkliflər var. Bunların bəzisi qanunun icrasında yaranmış problemlərlə bağlıdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, bununla bağlı təkliflər hazırlayır.

“Sizin də razılığınız olarsa, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla bağlı təklifləri nəzərə almaqla, aidiyyəti orqanların da iştirakı ilə dinləmə keçirilsə, yaxşı olar”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Hər bir notariatda notarius köməkçisi olmalıdır”-FAZİL MUSTAFA MM-DƏ BELƏ BİR TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Read Next

“Övladlığa götürülən uşaqların ikinci dəfə zorakılıqlara, təzyiqlərə məruz qalmasına yol verilməməli, ictimai nəzarət mexanizmi dərhal işə düşməlidir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ JALƏ ƏLİYEVADAN VACİB TƏKİLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir