“Qətibə İnanc”, “Anamın kitabı”, “Ölülər”…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Yeni ilin ilk ayında teatrsevərlər üçün maraqlı repertuar hazırlayıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı  məlumat verərək deyib:

“Yanvarın 6-da teatrın səhnəsində “Rəqs edən pinqvinlər” tamaşası izləniləcək. Yanvarın 13-də sənət ocağının yaradıcı kollektivi iki tamaşa – “Qətibə İnanc” və “Rəqs edən pinqvinlər” tamaşaları ilə izləyicilərin görüşünə gələcək. Eyni zamanda, teatrın səhnəsində yanvarın 14-də “Anamın kitabı” və “Ölülər”, yanvarın 19-da “Cəhənnəm sakinləri”, yanvarın 20-də isə “Qarabağnamə” tamaşaları təqdim olunacaq. Sənət ocağı bu ayın repertuarına yanvarın 21-də “Xəcalət” və “Vəsiyyət” tamaşaları ilə yekun vuracaq”.

Etikxeber.az

Read Previous

Futbol üzrə yarımfinalçılar müəyyənləşdi…

Read Next

Ramiz Mehdiyev “20 Yanvar”la bağlı tədbirlər planını təsdiqlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir