“Qadınların yaş həddinin 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir” – NAZİR – FOTO – YENİLƏNİB (1)

2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir

Noyabrın 15-də Milli Məclisin (MM)  Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Hadi Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunur.

****

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar qısa müddətdə müsbət nəticələrini verib.

Nazir deyib: “Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkədə sosial müdafiə sistemi əhalinin 91 faizinə xidmət edir. Bu da ölkədə yoxsulluğun azaldılmasına səbəb olur”..

Əhalinin nominal gəlirlərinin 8 faiz artdığını qeyd edən S. Müslümov bildirib ki, adambaşına düşən gəlirlər 6,9 faiz olub.

“Bu gün ölkəmizdə inflyasiya 13,9 faizdir. Doğulanların sayı 156 min nəfərdir. Gələn ilin proqnozlarına əsasən qadınların yaş həddinin 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir. Bir işçinin hesablanmış orta əməkhaqqı 550 manata çatacaq. 2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir”.

***

“Gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlir və xərclərinin 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılıb. Bu da əvvəlki ilə nisbətən 178,8 mln. manat və ya 5,3% çoxdur”.

Bunu isə  S. Müslümov komitə iclasında DSMF-nin büdcəsinin müzakirəsində bildirib.

Onun sözlərinə görə, DSMF-nin xərclərinin 36,3%-i və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 63,7%-i və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək.

KAMİL

Etikxeber.az

Read Previous

Səttar Mehbalıyev bəzi deputatlar və məmurlardan şikayətləndi – YENİLƏNİB (2)

Read Next

3 pilləli peşə təhsilinin tətbiqi təklif edilir… – FOTO – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir