“Qarabağla bağlı düzgün mövqe tutulsaydı, Qüds məsələsi təkrar olunmazdı” – NOVRUZOV – FOTOLAR – YENİLƏNİB (1)

Dekabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans işə başlayıb.

Etikxeber.az xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bilik Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, Milli Məclisin deputatları, elm və din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərindən danışıb.

Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdə dini zəmində tolerantlığın olduğunu deyib, bu faktın beynəlxalq iqtisadi layihələrə də müsbət təsir göstərdiyini bildirib.

***

SİYAVUSSSS

ilham-jala-azer

Milli Məclisin (MM)  İctimai birliklər və dini durumlar komitəsinin sədri Siyavuş Novruzov bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirib, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Dünyada İslam dinini tamamilə yanlış şəkildə təqdim edirlər. Bəzən bu, subyektiv səbəblərdən olsa da, əksər hallarda bəzi ölkələr buna imkan yaradır ki, İslamı onların istədikləri kimi təqdim etsinlər”.

S.Novruzov qeyd edib ki, İslam daxilində olan qüvvələr prinsiplərdən kənara çıxaraq, öz qanunları ilə cəmiyyəti başqa istiqamətlərə yönəldərək canfəşanlıq edirlər. Ona görə də ilk olaraq bunların qarşısı alınmalıdır. Azərbaycanda İslama yanaşmanın düzgün formada qurulduğunu nəzərə çatdıran S.Novruzov bildirib ki, İslam dinini ictimaiyyətə düzgün çatdırmaq lazımdır: “Azərbaycan bu istiqamətdə düzgün yol seçib. Dövlət tərəfindən bu sahəyə istənilən kömək göstərilir. Əsas dini tədbirlərdə dövlət başçısı şəxsən iştirak edir. Bu məsələdə Azərbaycan dünyada nümunə kimi göstərilir. Ölkədə bütün dini ayinlər bərabər şəkildə icra olunur. Bütün icmalar bərabər səviyyədə fəaliyyət göstərirlər”.

Komitə sədri əlavə edib ki, vaxtı ilə Azərbaycanın ərazisi işğala məruz qalanda çox az müsəlman ölkəsi Azərbaycana dəstək oldu: “Əgər işğal olunan ərazilərimizdə Azərbaycan məscidləri dağıdılırsa, İslam ənənələri məhv edilirsə, buna nə ad vermək olar? Vaxtilə Dağlıq Qarabağla bağlı düzgün mövqe tutulsaydı, bu gün Qüds məsələsi təkrar olunmazdı”.

Etikxeber.az

 

Read Previous

Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil- MİLLƏT VƏKİLİ

Read Next

“Sənət Akademiyası bir ili tamam olmamış fəaliyyətilə bir çox illəri qabaqlayıb” – HAŞIMOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir