Qazax sakininin Ermənistanla sərhəddə minaya düşərək ölməsi ilə bağlı-CİNAYƏT İŞİ BAŞLANDI…

22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Etikxeber.az bildirir ki, rayon prokurorluğundan mətbuata verilən xəbərə görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Etikxeber.az

Read Previous

“Düşmən hər zaman “Qarabağ şikəstəsi”nin avazını əbədi olaraq eşitməyə məhkum olacaq”-MİLLƏT VƏKİLİ

Read Next

Baş Prokurorluqdan partiya sədrinə-XƏBƏRDARLIQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir