“Qısa müddət ərzində şəhid ailəsinə vurulmuş ziyan tam həcmdə ödənildi, şəhid ailəsinin haqqı bərpa olundu.”-OSMAN KAZIMOV

Dünən daha bir xoşməramlı hadisə baş verdi. Şəhid ailəsinə məxsus 175 ton taxılın dəyərinin bir qrup şəxs tərəfindən ələ keçirilməsinə dair sosial şəbəkədə paylaşma etmiş, pulu oğurlayıb aradan çıxan Davud adlı şəxsin şəkilini paylaşmış, həmin şəkilləri həm prezident İlham Əliyevə, həm nazir Vilayət Eyvazova, həm də Baş Prokuror Kamran Əliyevə göndərmişdim. Artıq 4 ilə yaxın idi ki, bu iş üzrə tədbir görülmürdü. Dünən gözlənilmədən DİN-ə dəvət edildim.Yüksək çinli məmurlarla görüşdüm. Çox mehriban qarşılandım.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkil, Müsavat Partiyasının funksionerlərindən olan Osman Kazımov dilə gətirib.

Qeyd edib ki, iş barədə və sosil şəbəkədəki paylaşımlarla baglı fikir mübadilsi aparılıb.

“Danışıqlardan başa düşdüm ki, işi yaxşı öyrəniblər. İşin nazirin nəzarətində olduğu, əməliyyat qrupu yaradıldığı və tezliklə həllini tapacagı bildirildi.DİN-dən çıxıb Abşeron rayon Polis İdarəsinə getdim. Orda məlum oldu ki,DİN-nin bir qrup əməkdaşı artıq orda olublar. Həqiqətən ciddi nəzarət hiss olundu. Zərərçəkmiş şəxs də Füzuli rayonundan artıq dəvət olunaraq ora gəlmişdi. Qısa müddət ərzində şəhid ailəsinə vurulmuş ziyan tam həcmdə ödənildi. Şəhid ailəsinin haqqı bərpa olundu”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Düşmən bizi tələyə çəkir, istədikləri addımı atmağımızı gözləyirlər, ona da hazırdırlar…Heç vaxt düşmənin bizdən gözlədiyini etməməliyik…”-MÜŞFİQ CƏFƏROVUN YAZISI

Read Next

“Su ehtiyatlarının ədalətli bölgüsünə ehtiyac var…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir