2019-cu ilin 5 ayında (yanvar-may) Gürcüstana 3mln insan səfər edib (işgüzar və turist səfəri). Gürcüstana səfər edənlərin ilk üçlüyünə bu ölkələr daxildir: 1. Rusiya – 540 000 insan, 2. Azərbaycan – 497 000 insan, 3. Ermənistan – 425 000 insan. Göründüyü kimi, Rusiya Gürcüstan turizm bazarında 18%-lə 1-ci yerdədir. Gürcüstanda baş verən son hadisələr və Rusiya hökumətinin qəbul etdiyi qərarlar rusiyalıların Gürcüstana səfərini kəskin surətdə azaldacaq.
Etikxeber.az xəbər verir ki, bunu iqtisadçı deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, təqribi hesablamalalara əsasən, ilin sonuna kimi rusiyalı turistlərin sayında 70%-ə qədər azalma olacaq.
“2019-cu ildə Gürcüstan iqtisadiyyatı turizm sektorundan 3.6 mlrd dollar gəlir əldə etməyi planlayırdı. Rusiyalı turistlərin kəskin azalması turizm sektorunun 750 milyon dollar itkisinə səbəb olacaq. Tədiyyə balansında bu qədər vəsaitin azalması Gürcustanın pul vahidi Lari-nin kursunun düşməsinə səbəb olacaq, hansı ki, artıq baş verməkdədir. Qiymətlər qalxır və inflyasiya güclənir… İstənilən qeyri-sabit siyasi proseslərin bir iqtisadi qiyməti var və təəssüf ki, nəticədə onu həmişə ən çox xalq ödəməli olur…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az