Qudalardan – ELMAN RÜSTƏMOV İSTEFA VERİB? – YENİLƏNİB – (1)

Növbəti vəzifəsindən kənarlaşdırılacaq şəxs Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olacaq.

Etikxeber.az-ın  xəbərinə görə, bu barədə məlumatlı mənbədən məlumat daxil olub.

Qeyd edək ki, 67 yaşlı E. Rüstəmov 25 ilə  (1995-ci ildən) yaxındır ki, ölkənin baş bankiri-Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsini yerinə yetirir.

O, sonuncu dəfə bu vəzfiyə 2015-ci ilin aprelində təyin edilib və səlahiyyət müddəti gələn ilin aprelində başa çatır.

Etikxeber.az olaraq,  onu da qeyd edək ki, E. Rüstəmov həmçinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri  Əhməd Əhmədzadə ilə qudadır.

ehmed-ehmedzade

Onların övladları ailə qurduqdan sonra Almaniyaya köçüb və orada yaşayırlar.

74 yaşlı Ə. Əhmədzadəyə gəlincə, o, mərhum Əbülfəz Elçibəy hakimiyyəti dövründən bu yana (son 26 il ərzində)  bu vəzifəni icra edir.

Onun da yaşı ilə əlaqədar vəzifəsindən istefa verəcəyi, eyni zamanda, rəhbərlik etdiyi qurumun ləğv olunaraq, Kənd Təsərrüfatı Nazirliyinə birləşditəcəyi qeyd olunur.

***

Artıq E.Rüstəmovun istefa verməsi barədə xəbərlər dolaşmaqdadır.

Bu haqda hələlik rəsmi məlumat yayılmasa da, onun istefa verdiyi və kollektivlə vidalaşdığı deyilir.

Onun yerinə namizəd(lər) kimi isə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov və Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümovun adları çəkilir.

Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Maliyyə Monitorinq Xidmətinin yenidən Mərkəzi Banka birləşdiriləcəyi qeyd olunur.

Bir daha xatırladaq ki, E. Rüstəmov sonuncu dəfə bu vəzifəyə 2015-ci ildə seçilib və onun müddəti gələn ilin aprelində başa çatır.

***

E. Rüstəmovun istefa xəbəri təsdiqlənərsə, onunla bağlı məsələyə Milli Məclisdə (MM) baxılmalı olacaq.

Qeyd edək ki, MM-in növbəti plenar iclas(lar)ı da büdcə müzakirələri ilə bağlı 12, 13 və 14 noyabr tarixlərinə müəyyənləşdirilib.

Odur ki, həmin vaxta qədər MM-in ya növbəti plenar iclası çağırıla, ya da məsələ büdcə müzakirələrindən sonraya qala bilər…

Etikxeber.az

 

Read Previous

Pakistan prezidenti də Azərbaycana gəldi – FOTO

Read Next

“Bu, indinin məsələsi deyil, davamlı bir prosesdir…” – ELDƏNİZ SƏLİMOV SON GÜNLƏRİN HADİSƏLƏRİNİ DƏYƏRLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir