Qusarda qarın hündürlüyü 20 santimetrə çatdı – FOTO

Oktyabrın 26-da axşamdan 27-si səhər saatlarınadək Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağmağa başlayıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Etikxeber.az-a verilən məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb.

qusarrrrr

Qubanın Xınalıq kəndində 18, Qırız kəndində isə 15 santimetr təşkil edib.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Etikxeber.az

Read Previous

Badamdarda torpaq kütləsinin avtomobil yoluna doğru hərəkətində aktivlik qeydə alındı – NAZİRLİK – FOTO

Read Next

Fransadan adekvat münasibət göstərilməsini gözləyirik – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir