“Sən demə Amerikanı Tramp, Rusiyanı Putin, Almaniyanı Merkel, Türküyəni Ərdoğan… idarə eləmirmiş!” -RÜSTƏM BEHRUDİ YAZIR

DÜNYA FƏLAKƏT QARŞISINDA VƏ YAXUD, BU FƏLAKƏT KORONAVİRUSLA BAĞLI DEYİL

Bu son günlər özümə əziyyət verib məhşur amerikan tədqiqatçısı Barbara Sproulun insanın və dünyanın əmələ gəlməsinə dair bütün dünya miflərinə aid 500 səhifəyə yaxın üzücü və uzun “YARADILIŞ MİFLƏRİ” əsərini oxuyub, bitirdim!

Sonda gəldiyim nətiçə sirli,sirli olduğu qədər də dəhşətli idi!İnsanın ilkin yaranış haqqındakı düşüncəsi ilə bu günkü hadisələri qarşılaşdırb müqaisələr apardım!

Heyrətləndim! Ağlımı qaçıracaq qədər heyrətləndim! Sən demə Amerikanı Tramp,Rusiyanı Putin,Almaniyanı Merkel, İngiltərəni Çonson, Türküyəni Ərdoğan (bu siyahını uzatmaq da olar) idarə eləmirmiş!

Onlar onlardan daha yuxarıda,daha güclü,sirli bir kəhanətin əsarətindəymişlər!

Və onlar öz xoşlarına bu gücün əsarətinə girməmişlər! O güc hər halda Tanrı deyil!

Bu gün bütün dünyanı ölüm qorxusu altında saxlayan korona virus da deyil! Ondan daha güclüdü!

O gücün nə olduğunu bilirəm,ancaq ,nə cür adlandıracağımı bilmirəm! Şeytanmı söyləsəm?!

Yox! O Şeytandan daha güclüdü! (Şeytan belə o gücün qulu!!!) O gücün qarşısında BMT belə acizdi!BMT o gücün şəriksiz kürsüsü!

Onu yenməyin bircə yolu var! O ŞƏR gücə qarşı birləşmək!

Tramp,Putin,Merkel,Conson və.s onları hakimiyyətə gətirmiş bu gücə qarşı savaş açmaq istəyəçəklərmi,buna gücləri çatacaqmı?!

Dünya fəlakət qarşısında!Bu fəlakət koronavirusdan dolayı deyil!

Biz xəbərimiz olmadan o gücün əsarətində yaşayırıq!

Bəşəriyyətin bu gücü yenməyə cəsarəti çatacaqmi?!

Rüstəm BEHRUDİ,

Etikxeber.az

Read Previous

“Dünya yeni-yeni sürprizlərlə üz-üzə dayana bilər…”-ADİL QEYBULLA YAZDI

Read Next

“Qonaq getməməli, qonaq qəbul etməməliyik”-İXTİSASCA HƏKİM OLAN MİLLƏT VƏKİLİ – VİDEO-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir