Seyidovla bağlı YAP-çı deputatlardan AŞPA-ya SƏRT ETİRAZ

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərə, o cümlədən, Azərbaycanın sözügedən qurumdakı nümyəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq etməsi bu təşkilatın tarixində yol verilən ən böyük səhvlərdən biri kimi qiymətləndirilməlidir”.

Bunu Etikxeber.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə partiyadaşı-Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, həmçinin, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı yaranmış situasiyanın Azərbaycan-AŞPA münasibətlərinə necə təsir edə biləcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

aydinnn

Onun sözlərinə görə, Avropa Şurasının dəyərlərini bölüşən, bu qurumla hər zaman səmimi əməkdaşlığa üstünlük verən bir ölkənin nümayəndə heyətinin rəhbərinə qarşı heç bir fakt olmadan və ədalətsizcəsinə ittiham irəli sürürlür:

“Həmçinin, daim qanunun aliliyinə riayət edilməsini, qanunçuluğu bəyan edən bir qurum tərəfindən qanunsuz şəkildə və heç bir fakt olmadan həmin şəxsin-Azərbaycan nümayəndə heyətinin rəhbərinin etiraf etdirilməsinə cəhd göstərilir. Bu, hesab edirəm ki, AŞPA-nın ən bağışlanılmaz səhvlərindəndir.

samad-seyidov-2

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da AŞPA-Azərbaycan əlaqələrinə, əməkdaşlığına töhfə vermiş, hər zaman öz ədalətli mövqeyi ilə seçilən, demokratik dəyərlərə, eləcə də, Avropa Şurasının bölüşdüyü dəyərlərə hörmətlə yanaşan bir siyasətcidir, parlamentaridir. Ona qarşı belə bir addımın atılması isə qəbuledilməzdir. Bu baxımdan təbii ki, Azərbaycan tərəfindən də Azərbaycan-AŞPA münasibətləri dəyərləndiriləcək və müvafiq qərar veriləcək”.

eldeniz salimovvv

Digər YAP-çı millət vəkili Eldəniz Səlimov da AŞPA-nın son addımının qəbuledilən bir hal olmadığını bildirib:

“AŞPA-nın belə bir qərar verməsi yolverilməz və qəbuledilməzdir. Bu, həmin təşkilata heç bir halda başucalığı gətirmir və gətirməyəcək də. Bu, həmçinin həmin təşkilatın tarixində qara bir ləkə olaraq qalacaq və xatırlanacaq. AŞPA-ya üzv olan ölkələr arasında bəlkə də Azərbaycan kimi ikinci bir ölkə yoxdur və tapılmaz ki, bu qurumla əməkdaşlığa bu qədər önəm vermiş  və səmimi mövqe sərgiləmişı olsun. Avropa Şurası və onun təsisatları, ayrı-ayrı yetkili şəxsləri tərəfindən dəfələrlə Azərbaycanla bağlı ədalətsiz yanaşmalar ortaya qoyulub, ikili standartlar nümayiş etdirilib.

Ancaq Azərbaycan hər zaman dözümlülük, səbr nümayiş etdirib, demokratik dəyərlərə, o cümlədən, elə həmin qurumun özünün dəyərlərinə sadiqliyini sübut edib, əməkdaşlığa davam deyib.Son hadisə isə bir daha onu göstərir ki, Azərbaycanın səmimi əməkdaşlıq mövqeyinə rəğmən, yenə də həmin qurumdakılar öz şəxsi, cılız və dar maraqlarından çıxış etmək yoluna üstünlük verirlər. Amma qeyd edim ki, bü cür yanlış mövqe bizdən çox, onların ziyanına işləyəcək, bundan zərər çəkən onlar özləri olacaq. Bunu da nə qədər tez anlasalar, dərk etsələr, özləri üçün bir o qədər faydalı olar…”

Etikxeber.az

Read Previous

Azərbaycan pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır – XİN

Read Next

Son qərarı Milli Məclis rəhbərliyi verəcək – AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir