Son qərarı Milli Məclis rəhbərliyi verəcək – AŞPA-DAKI NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı atılan bu qərəzli addım birmənalı şəkildə Azərbaycanın mövqeyini zəiflətmək üçün düşünülüb.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycanın AŞPA-dakı  nümayəndə heyətinin üzvü Fazil Mustafa deyib.

fazillllllll

Onun sözlərinə görə, çünki S. Seyidov xarici siyasətdə yetərincə yetkin bir təmsilçi  və bu qurumda da ciddi nüfuza malik idi.

“AŞPA-da bütün hüquqlardan məhrum edilmış bir millət vəkilinə, bu, həm də mənəvi təzyiq deməkdir. Bu təzyiq qarşısında isə artıq belə bir qurumda Səməd müəllimin iştirak etməsinin mənəvi baxımdan bir anlamı qalmır. Ancaq nümayəndə heyəti, onun rəhbəri barədə qərarı Milli Məclisin rəhbərliyi verir, hansı istiqamətdə məsələnin çözüləcəyi barədə bilgim yoxdur. Hər bir halda Azərbaycan nümayəndə heyəti ölkəmizə düşmən münasibət sərgiləyən bu qurumda ən azı onun qərəzli qərarlarının ifşa olunması baxımından iştirak etməlidir”.

Etikxeber.az

 

Read Previous

Seyidovla bağlı YAP-çı deputatlardan AŞPA-ya SƏRT ETİRAZ

Read Next

Alpinistlərdən biri dəfn olundu… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir