Son 6 ay sosial-iqtisadi sahədə nələrlə yadda qaldı? – BAXIŞ

Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər.

Azərbaycan bu ilin 6 ayı ərzində də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlər əldə edib. Belə ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat  Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb:

“Bununla yanaşı, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb”.

Deputat qeyd edib ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib.

A.Hüseynovun sözlərinə görə, 3 milyon insanı əhatə etməklə ilk sosial paketin illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi:

“İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək”.

Deputat əlavə edib ki, bu ilin 6 ayı ərzində 400 kilometrə yaxın avtomobil yolu çəkilib, kommunal təsərrüfat yenilənib, 400-dən çox lift alınıb, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların istifadəsinə verilib.

A. Hüseynov vurğulayıb ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər:

“Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanın 10 ən islahatçı ölkə kimi tanınması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur”.

aydin_huseynov

NESIROV ELMAN

“Əldə edilən uğurlar Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində qazanılıb və məqsəd Azərbaycan xalqının sosial rifahının daha da yüksəldilməsidir. Bu məsələni də Prezident İlham Əliyev öz çıxışında diqqət mərkəzində saxlayıb və qeyd edib ki, ciddi sosial islahatlar paketi həyata keçirilir. Birinci və ikinci paketin həyata keçirilməsi 4 milyondan çox insanı əhatə edir. Hər iki paketin ümumi dəyəri bu il üçün 2,3 milyard manatdır, 2020-ci il üçün isə 3 milyard manat olacaq və 4,2 milyon insanı əhatə edəcək”.

Bunu isə millət vəkili Elman Nəsirov qeyd edib.

E.Nəsirov deyib ki,  ölkə Prezidentinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahının dayandığı hər kəsə bəllidir:

“Son altı ay ərzində də bu istiqamətdə çox ciddi addımlar atılıb. Minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Bundan başqa, xüsusi həssas təbəqədə olan insanların müavinətləri və təqaüdləri artıb, eyni zamanda, tələbələrin, əlillərin təqaüdləri artırılıb. Bütövlükdə 4,2 milyon Azərbaycan vətəndaşı bu artımı öz üzərində hiss edir, onların sosial vəziyyəti daha da güclənir”.

Etikxeber.az

Read Previous

“Neftçi” –“Bney Yehuda” oyununu fransalı hakimlər idarə edəcək- AVQUSTUN 8-DƏ

Read Next

Sentyabrın 18-dən 30-dək davam edəcək Üzeyir Hacıbəyli Festivalının açılışında 3 görkəmli bəstəkarın əsəri səsləndiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir