Son bir sutkada 865 nəfər koronavirusun qurbanı oldu-ABŞ-DA

ABŞ-da son sutka ərzində yeni növ koronavirusun təsirindən rekord sayda – 860 nəfərdən çox insan ölüb.

Etikxeber.az-ın  “TASS”-a istinadən xəbərinə görə, bu barədə federal və yerli dairələrin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin açıqlamasında qeyd edilir.

Məlumatda qeyd olunur ki, son 24 saatda ölkədə infeksiyanın ağırlaşması nəticəsində 865 nəfər həyatını itirib. Ümumilikdə ölənlərin sayı 3873 nəfərə çatıb. Universitetin məlumatında deyilir ki, ABŞ-da ümumilikdə 188 mindən çox insan virusa yoluxub.

Epidemiyanın yayılmasından bəri ilk dəfə ABŞ-da bir sutkada 700-dən çox insan dünyasını dəyişib.

Etikxeber.az

Read Previous

Əflatun Amaşov və İlham Əliyevi Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətində-KİM ƏVƏZLƏYƏCƏK?

Read Next

“Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkiləri” tanımırıq” – BÖYÜK BRİTANİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir