Sosial müavinətlər artırıldı-GƏLƏN İLDƏN

Gələn ildən sosial müavinətlər artırılır.

Etikxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin fərmanı ilə“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanına edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, yaşa görə müavinət 130 manatdan 180 manata qaldırılır.
Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət aşağıdakı kimi olacaq:

I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldılır.

– əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikə:

I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldırılır.
– əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldılır.

– sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata qaldılıb.
-ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata;
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata;
– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata;
– bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata;
Ö vladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət artırılıb:

– övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə 160 manatdan 200 manata;

– övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə – 480 manatdan 600 manata qaldırılıb.

– uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata;

-dəfn üçün müavinət — 300 manatdan 350 manata qaldırılıb.

Etikxeber.az

Read Previous

“Axırıncı dəfə Şəhidliyindən cəmi saatlar öncə oğlumla danışdım və dedi ki…”-4 MEDALLI, ƏFSANƏVİ XTQ-ÇI – ŞƏHİD İLKİN ABDULLA OĞLU MƏMMƏDOVUN ANASI OFELİYA MƏMMƏDOVA … ŞƏHİDİMİZİN ARZUSU ÇİN OLACAQMI, SARAY QƏSƏBƏSİNDƏ İDMAN ZALININ AÇILMASI ÜÇÜN TORPAQ SAHƏSİ AYRILACAQMI? – FOTOLAR

Read Next

Doktorantların və magistrantların təqaüdləri artırıldı– SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir