Sosial şəbəkələr növbəti dəfə deputatların və parlamentin-GÜNDƏMİNDƏ

Bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur:

“Sabah onlar hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.

Millət vəkili Nurlan Həsənov da çıxışında sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı məsələ qaldırıb.

Eyni zamanda, bu məsələdə Almaniyanın təcrübəsindən danışıb.

“Son dövrlər sosial mediada müzakirələrin qəddarcasına, ictimai və siyasi şəxslərə qarşı aqressiv formada və cinayət hüququna zidd şəkildə aparılması hallarının artması müşahidə olunur”-deyən millət vəkilinin sözlərinə görə, bu, tək Azərbaycanda deyil, bir çox ölkələrdə mövcuddur:

“Bütün bunlar hücuma məruz qalan insanların fərdi hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda, siyasi müzakirənin mövcudluğunu sual altına salır. Belə qəddar mühitdə insanlar bir çox hallarda ağır sözlərə məruz qalacağından ehtiyat edərək siyasi müzakirələrdən çəkinir və fikrini ifadə etmir. Bu isə fikir azadlığını təhlükə altına salır. Buna qarşı mübarizə aparmaq üçün hüquq-mühafizə orqanlarının sosial şəbəkələrdə olan nifrət cinayətlərinə qarşı effektiv mübarizəsi tələb olunandır. Səmərəli cinayət təqibi cinayətkarın identifikləşməsini və sübutların qorunmasını şərtləndirir. Cinayət məsuliyyətinə səbən olan paylaşımlar barədə məlumatların hüquq-mühafizə orqanlarına təqdim olunması isə səmərəli cinayət təqibi üçün çox vacibdir”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“O işaqların ki, onlarsız dünyanı təsəvvür belə etmək mümükün deyil…”-MİLLƏT VƏKİLLƏRİ UŞAQLAR GÜNÜNDƏN DANIŞDILAR

Read Next

“Naxçıvana uçuşlar bərpa edildikdən sonra şübhəsiz ki, qaydalar da müəyyənləşdiriləcək…”-İSA HƏBİBBƏYLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir