Tələbələ yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun – VİTSE-SPİKER

Parlamentdə tələbələ yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

Etikxeber.az xəbər verir ki,  bu təkliflə  Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.

Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub.

“Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir”-deyən, V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Elmi Şuralar “anekdot” yeri olmamalıdır – MUSA QASIMLI SƏRT DANIŞDI

Read Next

İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir – RƏŞAD MAHMUDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir