Tahir Əkbərin vəziyyəti stabil-ağırdır – AYDIN MİRZƏZADƏ

“Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində mülalicə olunan tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ilə maraqlanmaq üçün mərkəzdə oldum. Mərkəzinin baş həkimi Könül xanım Xəlilova ilə görüşdük, onunla Tahir müəllimin vəziyyəti barədə danışdıq. Baş həkimlə birlikdə reanimasiya şöbəsində xətənin yanında olduq. Tahir Əkbəri müalicə edən Rövşən həkim müalicə prosesi barədə müfəssəl məlumar verdi”.

Etikxeber.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə deyib.

“Onun vəziyyəti stabil -ağırdır. İntensiv müalicə gedir. Vəziyyəti daim diqqətdə saxlanılır.

Müalicənin xərclərini öz üzərinə götürmüş Heydər Əliyev Fondundan bəstəkarın vəziyyəti ilə mütəmadi maraqlanırlar”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Millət vəkilinə ağır itki üz verdi

Read Next

“Bu səviyyəli oyunların hər biri tamaşadır ki var!”- DEPUTAT “REAL”-DAN YAZDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir