Tanınmış jurnalist və baş redaktor koronavirusdan sağaldı-EVƏ BURAXILDI

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev koronavirus müalicəsini yekunlaşdıraraq evə buraxılıb.

Etikxeber.az-ın görə, bu barədə o, öz “Facebook” hesabında məlumat verib.

“Əziz dostlar, müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm” -deyə, o, əlavə edib.

Qeyd edək ki, baş redaktor və ailəsi iyun ayının 22-də xəstəxanaya yerləşdirilmişdi.

Etikxeber.az

Read Previous

“Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur…”-PREZİDENTİN KÖMƏKÇİSİ – RAMİN BAYRAMLI YENİDƏN MƏTBUAT KONFRANSINA QATILDI – YAXIN GÜNLƏRDƏ 190 MANATIN VERİLMƏSİNƏ BAŞLANILACAQ – YENİLƏNİB – (5)

Read Next

“Başa düşürəm-su qıtlığıdır, Kür və Araz tarixin ən quraqlıq dövrünü yaşayır, lakin vətəndaşın da bu cür duruma düşməsi yolverilməzdir”-BƏHRUZ MƏHƏRRƏMOV ŞAHİN MUSTAFAYEVƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir