Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu gün mətbuatda oxuyuram ki, tanınmış futbolçu özünə cəmiyyətdəki etibardan istifadə edərək dələduzluq etmiş və 200 min manatdan çox başqasının pulunu mənimsəmişdir. Bəlkə də bu mənim diqqətimi o qədər də cəlb etməzdi,çünki belə dələduzluq faktlarına mətbuatda vaxtaşarı rast gəlmək olur. Burada mənim diqqətimi SOCAR-a işə adam düzəltmək bəhanəsi ilə özgəsinin 20 min manat pulununu da alıb, qocaman, hamının sevimlisi, futbol azərkeşi, heç kimə yox deməyi bacarmayan, k0rifeyimiz, akademikimizin yanına da aparmış və zərərçəkənin sənədlərini ona təqdim etmişdir”.
Etikxeber.az xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-presidenti Xalik Məmmədov öz Facebook statusunda yazıb.
“Tutaq ki alınsaydı və o adam işə götürülsəydi??? Əslində mümkün olsaydı, o, Kişiyə heç kim imtina etməzdi. Bu indi qəti mümkün olmadığından, sistemin buna imkan vermədiyindən alınmamışdır. Nə olardı? Sevimli, təmiz, nümunəvi ağsaqqal bir insanın adına, nüfuzuna nə qədər kölgə salardı bu futbolçunun hərəkəti?.. Yazıqlar olsun…Allah qapısını açsın…Amma…neyləmək olar?”-deyə, qeyd edən X. Məmmədovun bildirdiyinə görə, əsas meyar bacarıqdır:
“Deyirik, yazırıq, dəfələrlə İnsan Resurslarının Departamentinin rəhbərliyinin bəyanatları olmuşdur. SOCAR-a işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Əsas meyyar, bilikdir, səriştədir, bacarıqdır. Tanış, dost, dayı keçmir…Keçmir…Keçmir…”-deyə, o, daha sonra yazıb.
Etikxeber.az