TBMM-dəki partiyalardan ABŞ-ın sanksiya qərarına birgə etiraz…

Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Millətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.

Etikxeber.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi də məsələyə etiraz münasibətini kəskin şəkildə ifadə edib.

tbmm

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə rahib Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etiraza səbəb olub.

Bunun ardından ABŞ Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiya tətbiq etmək barədə qəbul etdiyi qərar iki ölkə arasında gərginliyi daha da artırıb. Hazırda ev dustağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanunazidd əməllərdə təqsirli bilinir.

Türkiyə tərəfi əsaslandırır ki, rahib Brunsonun həbsi qanunidir, onun qeyri-şərtsiz azad olunması barədə tələblər beynəlxalq hüquqa ziddir.

Etikxeber.az

Read Previous

Yol qəzasında 9 nəfər öldü…

Read Next

Hər iki xanəndə qətlə yetirilibmiş… – FOTOLAR -YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir