“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri-AZƏRBAYCANA GƏLDİ – FOTO-VİDEO – YENİLƏNİB

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təlimlərində iştirak etmək üçün Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarşılanma mərasimində çıxış edənlər təlimlərin Azərbaycanda təşkil olunmasının vacibliyini vurğulayaraq, bundan qürur hissi duyduqlarını bildirib və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsində iştirakçılara uğurlar arzulayıblar.

13:11

***

İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

 Müdafiə Nazirliyi xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.

Etikxeber.az

Read Previous

“İndi artıq Cavadovların evi var…”-MİLLƏT VƏKİLİ – JALƏ ƏLİYEVADAN, ELNUR ALLAHVERDİYEVDƏN, MƏRDAN CAMALOVDAN VƏ ZƏRDABLI İŞ ADAMLARINDAN NƏCİB-XEYİRXAH ADDIM – FOTOLAR

Read Next

İlham Əliyevlə Ruhani arasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər-MÜZAKİRƏ EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir