“Vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq”-NAZİR

Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub.

“Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq”-deyən S. Şərifov qeyd edib ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb:

“Növbəti il kontrsiklik büdcə siyasəti davam etdiriləcək. Ancaq dövlət tərəfindən iqtisadiyyata əlavə pul təklifi iqtisadi fəallığı canlandırmaq, Qarabağın, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına sürətli transfertinin həyata keçirilməsi üçün davam edəcək”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDANI TƏBRİK ETDİ

Read Next

MM-də büdcə müzakirələri-MÜZAKİRƏLƏRDƏ ƏLİ ƏSƏDOV DAXİL OLMAQLA, HÖKUMƏT ÜZVLƏRİ DƏ İŞTİRAK EDİRLƏR, DEPTUTATLAR PREZİDENTİN DOĞUM GÜNÜNÜ AYAQ ÜSTƏ ALQIŞLADI, TAHİR MİRKİŞİLİ 2020-Cİ İLDƏ 3 CƏBHDƏ MÜBARİZƏ APARILDIĞINI, MİKAYIL CABBAROV MİLLİ İXRAC STRATEGİYASININ TƏQDİM EDİLƏCƏYİNİ DEDİ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir