Vilyam Hacıyev icra başçılığından kənarlaşdırıldı-MƏHKƏMƏ QARŞISINA ÇIXARILDI, HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – YENİLƏNİB – (2)

Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

***

V. Hacıyev məhkəməyə gətirilib.

Hazırda Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) V. Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatına baxılır.

Qeyd edək ki, DTX-nın ötən gün İmişli rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat nəticəsində Vilyam Hacıyev saxlanılıb. 

Prezident İ. Əliyevin bu gün imzaladığı Sərəncamla Vilyam Hacıyev İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

***

Səbail rayon Məhkəməsində İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı V. Hacıyevin barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Vilyam Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

21:05

***

V.Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.

İstintaq orqanı tərəfindən sabiq icra başçısına Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham verilib.

Etikxeber.az

Read Previous

“Kimsə indiyədək Allahşükür Paşazədənin İranın erməni separatizminə dəstək verməsinə etiraz etməsinin şahidi oldumu?”- MÜSAVAT BAŞQANINDAN ŞEYXÜLİSLAMA SƏRT İTTİHAMLAR

Read Next

“Bu fakt da ölkəmizin humanist, yardımsevər siyasətinin ifadəsidir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir