“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu, nə deməkdir?!”- QƏNİRƏ PAŞAYEVA YENƏ SƏRT DANIŞDI

İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, limit məsələsinin müzakirə edilməsinə ehtiyac var:

“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu, nə deməkdir?! Bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var. Bölgələrdən problemlər bizə çatdırılır, müraciətlər edilir. Bu təsisata inamın cəmiyyətdə zəifləməsi başqa problemlərin əsasının qoya bilər. Əgər problem büdcə ilə bağlıdırsa, hansı xəstəlik növündə bu limit tez dolursa, büdcədən bu istiqamətə daha çox pul ayrılmalıdır. Ağır əməliyyatların limit dolduğuna xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”.

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, bu il icbari tibbi sığorta ilə bağlı ayrılan pullar artmaqdadır:

“İllik limitin dolması ilə bağlı problemlər vəsait çatışmazlığından yaranır. Bu məsələlər dinləmədə daha geniş müzakirə ediləcək”.

Etikxeber.az

Read Previous

“Bundan sonra da qardaş Türkiyə ilə birlikdə yola davam edəcək, növbəti, yeni Qələbə və Zəfərlərə qoşa imza atacağıq”-ELDAR İBRAHİMOV YAZIR

Read Next

Evin tək oğlu, 18 yaşında Şəhid olan, nəşi 32 gündən sonra dəfn edilən-MİQDAD ABDULƏLİMOVUN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir