Yanvarın 1-nə vahid xəzinə hesabında 1 milyard 644,6 milyon manatlıq sərbəst qalıq vəsaiti olub…

Obyektiv səbəblərə görə hesabat ilinin dövlət büdcəsinin bəzi xərclərinə edilmiş qənaət nəticəsində dövlət büdcəsinin kəsrinin maliyyələşməsi mənbələrindən tam istifadə etmək zərurəti yaranmayıb. Büdcə kəsiri 1 milyard 78 milyon manat təşkil edib. Bu da proqnoza nisbətən 97milyon və ya 8,3 faiz az olub. Büdcə ksəiri ümumdaxili məhsulun 1,5 faiz həcmində olmaqla, proqnozda nəzərdə tutulandan 0,2 faizdən az olub.

meclissssss

Etikxeber.az-ın məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirə zamanı deyib.

Nazir müavini bildirib ki, 2018-ci ilin yanvarın 1-nə olan vəziyyətində dövlət büdcəsinin vahid xəzinə hesabında 1 milyard 644,6 milyon manat sərbəst qalıq vəsaiti olub.

“Həmin vəsait də 2018-ci ilin dövlət büdcəsinin kəsrinin maliyyələşməsində dövlət borcunun xidmətlə bağlı yarana biləcək xərclərə ötürülməsi üçünnəzərdə tutulub”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Hesablama Palatası büdcənin icrasına müsbət rəy verdi…

Read Next

Vergilər Nazirliyi indi adam balası kimi işləyir – CAVİD QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir