Yaponiyanın Baş naziri Şinzo Abe və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə gərginliyin aradan qaldırılması üçün birlikdə çalışacaqlar.
Etikxeber.az xəbər verir ki, bu barədə razılaşma Yaponiya və Türkiyə liderlərinin Tokioda keçirilən görüşü zamanı əldə edilib.
Yaponiyanın Baş naziri və Türkiyə Prezidenti Osakada keçirilən G20 ölkələri liderlərinin sammitindən sonra görüşüblər.
Görüş zamanı Ş.Abe və R.T.Ərdoğan bildiriblər ki, Yaxın Şərqə sülhün gətirilməsi üçün əməkdaşlığı gücləndirəcəklər.
Baş nazir deyib ki, Yaponiya vətəndaş müharibəsi nəticəsində ölkəni tərk edərək qonşu Türkiyəyə sığınan suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşmasına kömək edəcək.
Liderlər, eyni zamanda, iqtisadi əməkdaşlıq barədə razılaşmanın əldə edilməsi üçün danışıqların sürətləndirilməsi, təbii fəlakətlərə qarşı hazırlıq işlərinin görülməsi sahələrində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
Etikxeber.az