“Yaratmaq Tanrının işidir…”-MUSA URUD YAZIR

Yaratmaq Tanrının işidir.

Ona şərik qoşmaq olmaz. Tək hüceyrəli canlını da, külli- aləmi də yaradan Odur.

Tanrı öz yaratdıqlarını yaşatmağı isə təbiətə- günəşə, torpağa,  küləyə,  suya həvalə edir. Bir də seçdiyi insanlara. Tanrının seçdiyini xalq da seçirsə, bu rəhbər adamın çiyninə daha böyük missiya düşür: idarə etmək, qorumaq, yaşatmaq.

Cənab Prezident İlham Əliyev məhz buna görə söyləyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır. Cənab Prezident həmişə çalışır ki, ölkəmizin maddi nemətləri ədalətli bölünsün, sərvətlərimizdən hər kəsə pay çatsın. Ona görə də xüsusi proqramlar qəbul olunur, sosial müdafiə xarakterli sərəncamlar verilir.

Heç şübhəsiz ki, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi , borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda  təminat və sosial qayğı ilə əhatə olunublar.

Bu prosesə cəmiyyətin fəal inteqrasiyası və göstərilən dəstəktədbirlərinin sistemli, ardıcıl və məqsədyönlü olmasını təmin etmək məqsədi ilə cənab prezident İlham Əliyevin 8 dekabr 2020-ci il  tarixli fərmanı ilə YAŞAT Fondunun yaranması həm də yeni humanist münasibərlərin və yanaşmaların formalaşmasına xidmət edəcəkdir.

Məhz YAŞAT Fondu vasitəsi ilə həm ölkə vətəndaşları, həm də ölkədən kənarda yaşayan soydaşlarımız, eləcə də Azərbaycanı sevən hər kəs öz xüyriyyəçilik niyyətini çox asanlıqla və şəffaf şəkildə həyata keçirə biləcəkdir. YAŞAT Fondunun dəstəyi ilə bütün şəhid ailələrinin və qazilərimizin bir çox sağlamlıq, məişət və sosial problemləri davamlı  və şəffaf şəkildə öz əksini tapacaqdır.

Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir: Bizim siyasətimiz, bizim işimizdir!
Məhz sözlə əməl bir olanda ölkədə inkişaf olur, ədalət olur, xalqın öz sabahına inamı olur, bu inamı yaradan Liderinə etibar, etimad və məhəbbət olur.

Daha çox qayğıya ehtiyacı və haqqı olan şəhid ailələrinə , Qarabağ müharibəsində əlil olmuş şəxslərə, qaçqın və məcburi köçkünlərə, ahıl insanlara münasibətdə cənab Prezidentin davranışı onlara dövlət başçısının hörmətinin ifadəsi olduğu qədər də, cəmiyyətə bir xoş məram nümayişi, nümunə və çağırışdır.

… Xatırlayaq,  Prezident Sarayındakı qəbulda tribunada çıxış edərkən qəhərlənən şəhid atasına Prezidentin kürsüdən qalxıb su süzüb verməsi anını…

…Xatırlayaq, Şamaxıda zəlzələ zamanı evi zərər çəkmiş ağbirçəyi ölkə başçısının bir övlad mehribanlığı ilə qucaqlayıb təskinlik verməsini…

…Xatırlayaq, Prezidentin ad gününü Taxta körpü qəsəbəsində məcburi köçkün ailəsi ilə birlikdə qeyd etməsini..

…. Xatırlayaq, 24 aprel 2014- cü ildə Praqadakı  “Türkiyə burada yoxdur, mən buradayam” təəssübkeşliyini…

… Xatırlayaq 4 oktyabr 2019- cu ildə Soçidə “Valday” Diskusiya Klubunda ” Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatını…

Xatılayaq, 11 oktyabr 2019 – cu ildə Aşqabadda və 10 fevral 2020- ci ildə Münhen də işğalçı və təcavüzkar Ermənistanın baş nazirinə verilən tarix dərsini…

… Xatırlayaq  Milli Ordumuzun 44 günlük Zəfər yürüşündə Ali Baş Komandanın mübarizə əzminin simvoluna çevrilmiş “Dəmir yumruq” tezisini…

…Xatırlayaq cənab Prezidentin və hörmətli Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımızı, Xudafərin kürpüsünü, Ağdam məscidini necə qürurla və məhəbbətlə ziyarət etdikləri anları…

Bu addımların hər biri humanizm, insana qaygı və fərdi qəhrəmanlıq nümunəsidir.

Bu addımların hər biri vətəndaşa hörmət, təsəlli, vətənə sevgi və xidmət mümunəsidir.

Bu addımlarınhər biri xarizmatik Liderin öz xalqı və Vətəni üçün fədakarlığıdır!

Bu addımların hər biri tarixin sınaqlarından çıxmış Lider-  Xalq birliyini daha da möhkəmlədən, daha da mətinləşdirən addımlardır!

Məhz bu birliyin sayəsində biz, torpaqlarımızı da işğaldan azad etdik, ərazi bütöblüyümüzü  bərpa etdik, tarixi yurdlarımıza dönüşü reallaşdıra bildik.

Cənab Prezidentin irəli sürdüyü “Biz birlikdə güclüyük!” şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!

Hər günü gərgin keçən bu 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq.

Bu tarixin isə bir qəhrəmanı var: Azərbaycan xalqı və onun yenilməz Lideri cənab İlham Əliyev!

Musa URUD,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”-SAMİR ŞƏRİFOV

Read Next

Elman Rüstəmov: “BƏZƏN QƏRİBƏ SUALLAR VERİRLƏR…” – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir