Yaşıllıqları məhv edənlərə qarşı ciddi cəza nəzərdə tutulmalıdır – MİLLƏT VƏKİLİ

Xaricdə adi kəpənəyi öldürənə belə sərt cəza verilir – HÜSEYNBALA MİRƏLƏMOV

Yaşıllıqları məhv edən insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Bununla bağlı qanunvericiliyə daha ciddi dəyişikliklər edilməli, daha ciddi sərtləşdirmələr nəzərdə tutulmalıdır. Həm çərimələr artırılmalı, həm də cəzalandırma tədbirləri qanunvericilikdə əksi tapmalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Hüseynbala Mirələmov Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

huseynbala

O, qeyd edib ki, yaşllıqların məhv edilməsi ilə bağlı həyəcan təbili çalınmaqdadır:

“Hər gün mediada bu haqda xəbərlərə rast gəlmək olmur. Axşam keçdiyin ərazidə yaşıllığı görürsən, ancaq səhər tezdən durub görürsən ki, həmin ərazidə yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır. Hansı ki, xaricdə adi bir kənəyi öldürənə az qala böyük cəza verilir. Ona görə də yaşıllıqları məhv edən insanlarla bağlı daha ciddi cəzalandırmalar, maliyyə sanksiyaları nəzərdə tutulmalıdır”.

millimeclis-2015_40

Millət vəkilləri Cavanşir PaşazadəNovrzuz Aslan da həmkarlarının fikirlərini dəstəkləyiblər, bu məsələdə cəzalandırma tədbirləri ilə yanaşı, mararifləndirmə tədbirlərinin də artırılmasını vacub sayıblar.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov da yaşıllıqların məhv edilməsini cinayət əməli adlandırıb.

bdu-1

O, eyni zamanda bildirib ki, ölkədə yaşıllıqların qorunub, saxlanılması, yeni yaşıllıqların salınması dövlət başçısının, o cümlədən, birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

“Heydər Əliyev Fondu tərəfindən nə qədər yaşıllıqlar salınıb, hamımızın gözü qarşısındadır. Əvvəllər rayonlara gedəndə yol kənarlarında yaşllıqlara rast gəlmək olmurdu, xüsusilə, yeni yaşıllıqlara. Amma indi rayonlarda gedəndə görürsən ki, əməlli-başlı yaşıllıqlar salınıb. Bunlar adamı fərəhləndirir. Amma təbii ki, yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir ki, bu da hamımızı üzür, narahat edir. Bununla da da bağlı dövlət tərəfindən addımlar atılır, bu işi edənlər cəzalandırılır, cərimələnir. Qanunlarımıza edilən dəyişikliklər də məhz bundan irəl gəlir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

Read Previous

“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsindən xəbər var…

Read Next

Bələdiyyələrdən yaşıllıqların uçotu barədə məlumat vermək tələb ediləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir