Yazılı abidələr və kabel şəbəkəsi yayımı ilə bağlı yeni qanunlar olacaq…

Daha iki yeni qanun layihəsi müzakirələrə çıxarıla bilər.

Bunlar Milli Məclisin (MM) Mədəniyyət komitəsinin hazırladığı “Yazılı abidələr haqqında” və  “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələridir.

Etikxeber.az-ın məlumatına görə, bu barədə adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov bildirib.

rafa-rafa-1

Hər iki qanun layihəsinin komitənin gündəmində dayandığını bildirən R. Hüseynov xüsusilə, yazılı abidələrlə bağlı sənədin uzun illərdir müzakirə mövzusu və ortada olduğunu bildirib.

Adıçəkilən qanun layihəsinin təşəbbüskarının və müəllifinin də özü olduğunu qeyd edən komitə sədri bu sənədə ciddi ehtiyac duyulduğunu sözlərinə əlavə edib.

Bildirib ki, yaxın gələcəkdə sözügedən qanun layihəsinin də müzakirələrə çıxarılması və plenar iclasa tövsiyə olunması mümkündür.

Həmçinin, kabel şəbəkəsi yayımı ilə bağlı qanun layihəsinə toxunan komitə sədri burada bəzi  mübahisəli məqamların mövcudluğunu və aidiyyəti qurumlarla bu məsələlərin həllinə nail olmunmasına çalışıldığını deyib.

Qeyd edib ki, artıq bu istiqamətdə müsbət irəliləyişlər və bu baxımdan da, yaxın gələcəkdə adıçəkilən sənədin müzakirəsi istisna olunmur.

Etikxeber.az

 

Read Previous

“Müsavat” başqanı Arif Hacılı ürəyindən əməliyyat olundu

Read Next

Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq – SOCAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir