“Yerli əhali çox mehribandır…” – “ARSENAL”IN AZARKEŞİ

Bakıda final öncəsi gözəl futbol ab-havası var. Yerli əhali çox mehribandır, müraciət edəndə hamı kömək göstərməyə çalışır. Burada əsl idman əhval-ruhiyyəsi hökm sürür. Mayın 29-da keçiriləcək möhtəşəm oyunun bir parçası olmaq bizim üçün çox qürurvericidir.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunmuş azarkeş festivalında iştirak edən ingiltərəli turist, “Arsenal” klubunun azarkeşi deyib.

UEFA Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşən azarkeş bildirib:

“Final matçında “Arsenal”ın şanslarını daha yüksək qiymətləndirirəm. Hesab edirəm ki, “Arsenal”qalib gələcək”.

Bakı haqqında fikirlərini də bildirən ingiltərəli turist deyib:

“Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq. Azərbaycan bütün dünyanın səbirsizliklə gözlədiyi tədbirə layiqincə ev sahibliyi edəcək”.

Xatırladaq ki, mayın 25-də start götürən azarkeş festivalı final gününədək davam edəcək.

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqasının ikinci finalçısı “Çelsi” artıq Bakıdadır…

Read Next

Rəsulzadəyə heykəl qoyulsun, yeni “Cümhuriyyət” prospekti yaradılsın – YAP-ÇI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir