Yoluxmada növbəti azalma-226 – DAHA 5 ÖLÜM

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 226 yeni yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

Etikxeber.az

Read Previous

Milli Məclisin növbədənkənar sessiyası başlayır-SABAH MİLLƏT VƏKİLLƏRİ 6 MƏSƏLƏNİ MÜZAKİRƏDƏN KEÇİRƏCƏK, YENƏ BİR-BİRLƏRİNDƏN İKİ METR ARALIDA ƏYLƏŞƏCƏKLƏR… – YENİLƏNİB – (4)

Read Next

“Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər… Bizim 26 mindən artıq vakant iş yerimiz var…”-NAZİR MÜAVİNİNDƏN QƏRİBƏ CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir