Zahid Orucun imzatoplama kampaniyası yekunlaşır…

Millət vəkili Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülüməsi ilə bağlı həyata keçirilən imzatoplama kampaniyası yekunlaşmaq üzrədir.
 Bu barədə Etikxeber.az-a  Zahid Orucun Seçki Qərargahından məlumat verilib.
zahid-3
“Azərbaycan Respublikasının prezidentliyinə namizəd Zahid Orucun Seçki Qərargahı olaraq bildiririk ki,Mərkəzi Seçki Komissiyasının 14 fevral tarixli qərarına uyğun olaraq, iddiaçıların müraciətlərinə müsbət qərar veridikdən bir gün sonra imza vərəqləri tərəfimizdən götürülüb və konkret ərazi bölgüsü, məsul şəxslər, dəqiq fəaliyyət qrafiki əsasında imzların toplanmasına başlanılıb. Bu işdə siyasi həmfikirlər, tərəfdarlar və yaxın platformaya malik olduğumuz qüvvələr,həmçinin könüllülər yaxından iştirak ediblər. 70 dairə üzrə 40 mindən artıq imzanın toplanması zamanı millət vəkili Zahid Orucu tanıyan, onun parlament fəaliyyətini yaxından izləyən insanların çoxlu rəy,  təklif və sorğuları da nümayəndələrimiz tərəfindən ətraflı qeydə alınıb və gələcək planların tərtibi zamanı onlardan faydalanmaq nəzərdə tutulur. Eyni zamanda,seçki mübarizəsinin çirkli kampaniyalar səviyyəsində deyil,daha çox ideyaların mübarizəsi və xalqın ümdə problemlərinin müzakirəsi formasında keçirilməsinə dair seçicilərin arzu və istəklərinin üstünlük təşkil etdiyini də xüsusi vurğulamaq lazımdır. Zahid Orucun xeyrinə toplanan imzaların artıq başa çatmaqda olduğunu nəzərə alaraq, Seçki Qərargahı yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcəkdir. Bir daha bu işdə bizimlə yaxından əməkdaşlıq edən insanlara, ilk növbədə isə,imzasını bizdən ötrü əsirgəməyən hər bir vətəndaşa Zahid Orucun Seçki Qərargahı olaraq,ən xoş arzularımızı yetirir,onları əmin etmək istəyirik ki,bütün fəaliyyətimiz boyu milli ideallara və dövlətçilik prinsipləriniə sədaqətimizi bundan sonra da davam etdirəcəyik” – deyə, sonra bildirilib.
Etikxeber.az

Read Previous

Prezidentlə birinci vitse-prezident Mingəçevirdədir – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir