Ziyafət Əsgərovun “komitəsi”-İKİ QANUN LAYİHƏSİNİ PLENARA TÖVSİYƏ ETDİ…

Mayın 21-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, onlayn iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanun layihəsi və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” Qanun layihəsi daxildir.

Komitə sədri məlumat verib ki, birinci sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.İkinci sənəd isə iki ölkə arasında təhlükəsizlik üzrə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.

Fikir mübadiləsindən sonra hər iki sənəd MM-in plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə üzvləri Hikmət Məmmədov, Aqil Abbas,  Əminə Ağazadə, Kamal Cəfərov, Elşad Mirbəşır oğlu, Oqtay Əsədov, Nurlan Həsənov, Erkin Qədirli, Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev, Bəxtiyar Sadıqov və Nizami Səfərov iştirak ediblər.

Etikxeber.az

Read Previous

26 illik “era” başa çatdı-ƏBÜLFƏS QARAYEV VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI

Read Next

MM-in növbəti plenar iclası-31-DƏ 11 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir