Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.
Etikxeber.az-ın məlumatına görə, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
Etikxeber.az