Əliyeva Popova ilə görüşdü

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib. Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Etikxeber.az

Read Previous

777 AAA nömrə nişanı 25 min dollara satıldı

Read Next

Akademik Opera və Balet Teatrı oktyabr repertuarını açıqladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir