“Sənin “yalan makənəsi” olduğunu Türkiyədə bilməyən varmı?”
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq 8 gündür Ankaradan İstanbula doğru “Ədalət!” yürüşü edən CXP genəl başqanı Kamal Kılıcdaroğlunun”məhkəməyə təlimat verdiyinizi sübut etsəm, istefa verəcəksizinmi?” çağırışına münasibətini bildirərkən deyib.
CXP liderinin daim yalan danışdığını və Türkiyə cəmiyyətinin artıq onun yalanlarına inanmadığını, alışdığını deyən Ərdoğan məhkəməyə təlimat verməsi, məhkməyə-yarğıya basqı göstərməsi haqda deyilənlərin də növbət yalandan başqa bir şey olmadığını iddia edib.
O, bu yalanlarına görə CXP liderinin bir gün hesab verməli olacağını da sözlərinə əlavə edib.
Etikxeber.az